"Ölkələr binaları "ağıllı" tipli tikməli və bununla enerji xərclərini azaltmalıdırlar".
Oxu.Az xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Dayanıqlı İnfrastruktur Qrupunun Enerji Effektivliyi üzrə baş mütəxəssisi Bojan Boqdanovic Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Sürət və miqyasda yaşıl əlverişli mənzil- Dekarbonizasiya olunmuş, davamlı və yerli mənbəli evlərin çatdırılması" tədbirində deyib.
O bildirib ki, "ağıllı" mənzillər tikmək, onları əlçatan etmək, enerji istehlakını və eləcə də enerji xərclərini azaltmaq lazımdır:
"Bununla şəhərlərimizin böhranlara qarşı dözümlü şəkildə inkişafına kömək edəcəyik. Bu gün iqlim dəyişikliyini, resurs istifadəsini artırmadan və hər hansı bir bərabərsizlik yaratmadan, geniş miqyasda əlçatan mənzillərin inşası üçün praktiki həll yollarına diqqət mühüm əhəmiyyət kəsb edir. EBRD bankdır və devizimiz belədir: "Biz həyatları dəyişdirmək üçün investisiya edirik". Bu o deməkdir ki, biz yaxşı ideyalardan çıxış edərək geniş miqyasda təkrarlana bilən, investisiya üçün cəlbedici layihələr həyata keçirmək istəyirik".