Azərbaycanda son sutka ərzində 4737 nəfər koronavirus testindən keçib.
Məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.
Bildirilir ki, bununla da ümumilikdə 202 282 şübhəli şəxs koronavirus testindən keçib.
Ölkədə koronavirusa yoluxanların ümumi sayı 2693-ə bərabərdir. Onlardan 33-ü vəfat edib. Hazırda reanimasiyada olan xəstə sayı 26, süni tənəffüs cihazında olan xəstə sayı 9-dur.
İndiyə kimi 1735 nəfər sağalaraq evə buraxılıb.
