Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” ləğv olunmuş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2011-ci il 29 dekabr tarixli 1 nömrəli qərarı ləğv edilib.
Sənədlə bu il magistraturaya qəbul fərqli qaydada aparılacaq.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları ilə bu linkdən tanış ola bilərsiniz.
U.A.
www.oxu.az