Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1 000 yerlik yataqxana kompleksinin tikintisi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bununla bağlı prosedura start verilib.
İlkin mərhələdə yataqxana kompleksinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasına 1 071 046 manatın xərclənməsi planlaşdırılır.
Qeyd edək ki, yataqxana kompleksinin tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat vəsait ayrılıb.
Qaynar xətt:
(055) 224 12 12