Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan Yusifcanlı kəndindən Azərbaycan ordusunun üzbəüz mövqelərini intensiv olaraq avtomat və pulemyotlardan atəşə tutublar.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, eyni zamanda Ağdamın Ergidüzü adlanan ərazisində və rayonun işğal altında olan Başqərvənd kəndi istiqamətində də ermənilər Azərbaycan hərbiçilərinin mövqelərini iri çaplı pulemyotlardan atəşə tutublar.
Bütün hallarda Azərbaycan ordusu tərəfindən düşmənə tutarlı cavab verilib.
Xocavənd, Tovuz və Qazax istiqamətində vəziyyət sabitdir.