Cəbhə xəttində atəşkəs yenidən pozulub.
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Şıxlar, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.