Cəlilabad rayonu ərazisində zəlzələ baş verib.
Bu barədə Oxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən, təkanlar yerli vaxtla saat 18:51:13-də Cəlilabaddan 23 km cənub-şərqdə qeydə alınıb.
Maqnitudası 3.6, dərinliyi isə 25 km olan zəlzələ hiss olunmayıb.
S.B.
www.oxu.az