Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Cəlilabadda 8 yaşlı uşaq faciəli şəkildə öldü
Cəlilabad rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Alar kəndində baş verib.
Kənd sakini, 2017-ci il təvəllüdlü N.M. həyətdə olarkən üzərinə daş hasar aşıb və uşaq dağıntıların altında qalıb.
Ağır xəsarətlər alan azyaşlı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının bildirdiyinə görə, sözügedən hasar uzun müddətdir qəzalı vəziyyətdə idi və yaxın günlərdə təmir olunacağı planlaşdırılırdı.
Məlumata əsasən, hadisə baş verən zaman uşağın atası da həyətdə olub.
Faktla bağlı araşdırma aparılır.

"Cəlilabad rayonu" teqi üzrə xəbərlər
- Azərbaycanda icra başçısı özünə həsr olunan sənədli film çəkdirib?
- Cəlilabadda güclü yağışlar qədim yaşayış məskənini üzə çıxartdı
- Cəlilabad sakinlərini boğaza yığan problem niyə həll edilmir?
- Təqaüd düzəltmək adı altında dələduzluq edən şəxs həbs edilib
- Cəlilabadda yerləşən tarixi abidə niyə baxımsız qalıb?