"Lids Yunayted" və "Börnli" rəsmi olaraq İngiltərə Premyer Liqasına (İPL) qayıdıb.
Oxu.Az xəbər verir ki, komandalar mövsümün bitməsinə iki tur qalmış üçüncü yerdəki "Şeffild Yunayted"lə olan fərqlərini 8 xala çatdırıblar.
44-cü turda "Lids" "Stok Siti"ni 6:0 hesabı ilə məğlub edib. "Börnli" isə birbaşa rəqibi olan "Şeffild Yunayted" üzərində 2:1 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, "Börnli" 2023/2024 mövsümünün nəticələrinə görə İPL-dən ayrılmışdı. "Lids" isə 2022/2023 mövsümünün sonunda İngiltərə Premyer Liqasını tərk etmişdi.
Bu mövsümün sonunda İPL-dən Çempionşipə "Sauthempton" və "Lester Siti"nin düşəcəyi dəqiqləşib. "İpsviç Taun"un isə Premyer Liqada qalmaq üçün kiçik riyazi şansı var.