Cəlilabad rayonu ərazisində qədim dövrə aid daş salnamə aşkar edilib.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, rayonun Şatırlı kəndindəki meşəlik ərazidə tapılan yazılı nümünə illərdir ki, kimsənin diqqətini cəlb etməyib.
Lakin tarixçi Elşad Əmənov sal daşın üzərindəki işarələri araşdırdıqda məlum olub ki, əslində bu adi daş yox, eramızdan əvvəlki dövrə aid olan yazılı nümünədir.
Runik qrafikası ilə yazılmış daş səlnamə 14 işarədən ibarətdir. Tarixçinin sözlərinə görə bu yazı növü 3800 il bundan əvvəl yarınıb və müxtəlif xalqlar öz mədəniyyətlərini gələcək nəsillərə ötürmək üçün uzun müddət məhz bu əlfibadan istifadə ediblər. Eramızdan əvvəl V əsrə aid olduğu bildirilən yazılı nümunədən bir neçə yüz metr kənarda qədim yaşayış məskəni mövcuddur.
Daş üzərindəki işarələr səs düzülüşünə görə Mingəçevir abidələri ilə oxşarlıq təşkil edir. Bundan başqa buradakı şərti işarələrə Şimali qafqaz, Altay ,Urmiya və ön Asiyada da rast gəlinir.
S.B.
www.oxu.az