Cəlilabadda yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər veirir ki, ölən şəxs Masallı sakini, 1980-ci il təvəllüdlü Əlibəyli Emin İntiqam oğludur.
Yaralılar - 2006-cı il təvəllüdlü Əlibəyli Elmin Emin oğlu, 1964-cü il təvəllüdlü Dadaşova Xatirə, 1984-cü il təvəllülü Dadaşova Xəyalə Şikar qızıdır.
11:36
Cəlilabadda ağır yol qəzası baş verib.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mersedes-190” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirib vəminik maşını sukanalına aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, iki nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Deyilənlərə görə, qəzaya düşən masallı sakinləri ucqar dağkəndi olan Dələli kəndindəki piri ziyarətə gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.