Yay mövsümü istirahət və məzuniyyətlər dövrüdür. İl boyu planlaşdırdığınız və arzuladığınız səfərlərin məhz istədiyiniz kimi keçməsi isə özünüzlə götürdüyünüz əşyalardan asılıdır.
Elə bu səbəbdən də baqajınızı yığacağınız çamadan və yol çantaları böyük əhəmiyyət kəsb edir. Onların rahat, tutumlu və davamlı olması isə əsas şərtlərdəndir.
Bu işdə indiyə qədər internet mağaza kimi və artıq “Baku Outlet Park”da yenicə fəaliyyət göstərməyə başlayan “Chemodan.az” mağazası köməyinizə çatacaq. Burada alıcılara istənilən zövqü oxşayacaq ikitəkərli, dördtəkərli, uşaq çamadanları, təkərli çantalar, keys-pilotlar təqdim edilir.
Mağazada olan çeşidlər, alıcılara təqdim edilən endirimlər barədə “Chemodan.az” mağazasının direktoru Ruslan Həsənzadə danışdı:
“Mağazada gördüyünüz mallar bizim alıcılara təqdim etdiyimiz çeşidlərin hamısı deyil. Belə ki, biz əvvəl internet mağaza kimi fəaliyyətə başlamışıq. 400-dən çox çeşidimiz var, onlardan müştəri istədiyini seçir, sonra ünvana çatdırılır. Bəziləri məhz gözü ilə görüb, toxunduğu malı almaq istəyir. Ona görə də, artıq internet məkandan kənara çıxaraq real mağaza yaratmaq fikrinə gəldik. Ümumilikdə, üç mağaza açmağı planlaşdırmışıq. İlk olaraq buradan başladıq. Mağazaların yerləşməsinə gəldikdə isə onları əhali üçün əlçatan olmasına çalışacağıq”.

Müştəriləri gözləyən sürprizlərə gəldikdə isə R.Həsənzadə bu mövsüm üçün nəzərdə tutulan endirim və kampaniyalardan danışdı:
“Bundan başqa mağazadan özü mal götürən müştərilər üçün 10 faiz endirim edilir. Sadəcə seçdiyi malı götürməmişdən 1 saat öncə gələcəyi barədə xəbərdarlıq etməlidir. Eyni zamanda alıcılarımızı 20% həcmində mövsüm endirimi də gözləyir!
“Samsonite” və “American tourister” brendlərinin satışı da burada olacaq. Burada olan çeşidlərin azlığından narahat olmağa dəyməz. Belə ki, internet səhifəmizdə seçdiyiniz istənilən model alıcılarımıza təqdim edilir.
“Samsonite” çamadanlarının daha bir özəlliyi var ki, bu da onlara verilən zəmanətdir. Yəni çamadanın harada zədələnməsindən asılı olmayaraq, müştəri həmin şəhərdə şirkətin nümayəndəliyinə müraciət edir və çamadan təmir edilir”.


Heç kimə sirr deyil ki, hazırda daha çox onlayn və bank kartları ilə ödəməyə üstünlük verilir. R.Həsənzadə müvafiq sualımızı da cavabsız qoymadı:
“Bizdə onlayn ödəmə yoxdur. Qapıda ödəmə edilir. Yəni mal müştəriyə çatdırılır, yoxlanılaraq təhvil verilir, bundan sonra müştəri malın dəyərini ödəyir. Kartla ödəmək istəyən müştərilər üçün isə post-terminaldan istifadə imkanı yaradılacaq. Qiymətlərə gəldikdə isə çamadanların ölçüsündən S, M, L və XL asılı olaraq qiymətlər dəyişir”.
R.Həsənzadə mövcud olan çeşidlərdən başqa, satışa tezliklə bel çantalarının da çıxarılacağını dedi.
“Chemodan.az” mağazası keyfiyyətli ikitəkərli, dördtəkərli, uşaq çamadanları, təkərli çantalar, keys-pilotlar almaq istəyən hər kəsin yolunu gözləyir.
Əlavə məlumatı www.chemodan.az saytından əldə edə bilərsiniz.
Səbinə Səmidxan
www.oxu.az