Dünyaca məşhur iranlı kinorejissor Abbas Kiarostami 76 yaşında Fransada dünyasını dəyişib.
Oxu.Az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Mart ayında xərçəng diaqnozu qoyulan Kiarostami Parisdə müalicə olunurdu.
Rejissor 1979-cu ildə İslam inqilabından sonra ölkəni tərk etməyərək 40-dan çox film ərsəyə gətirib. Son iki filmini isə İtaliya və Yaponiyada lentə alıb.
O, 1997-ci ildə “Albalı dadı” filminə görə Kann kinofestivalında “Qızıl palma budağı”na layiq görülüb. Bu, festival tarixi ərzində belə yüksək mükafata layiq görülmüş ilk İran filmi idi.
1999-cu ildə isə Kiorostami Venesiya kinofestivalının birdən-birə 4 mükafatını qazanıb. Onların sırasında münsiflər heyətinin xüsusi mükafatı da olub.
Aytən Sadıqzadə
www.oxu.az