Ötən gün Azərbaycanda daha bir əsgər dünyasını dəyişib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə axşam saat 20:10 radələrində Nabranda baş verib.
Belə ki, “Batabat” istirahət mərkəzi ərazisindəki çimərlikdə çimən 1996-cı il təvəllüdlü Əliağa Gəray oğlu Əliyev dənizdə çimərkən batıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onun meyiti batdığı yerdən təxminən 3 kilometr aralıqda tapılıb.
Qeyd edək ki, Əliağa Əliyev Quba rayon sakinidir. O, Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edirdi. Qulluq etdiyi həqiqi hərbi xidmətdən 5 günlük məzuniyyətə gəlmişdi.
Fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən bölgə müxbirinə təsdiqlənib.