Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Daş adam xəstəliyi nədir?
Daş adam xəstəliyi bədəndə ikinci bir skeletin əmələ gəlməsinə səbəb olan çox nadir genetik xəstəlikdir.
Bunun nəticəsində bədən hərəkətsiz qalır və həyat keyfiyyəti ciddi şəkildə aşağı düşür. Xəstəlik hər bir milyon insandan təqribən birində müşahidə olunur və cins, irq və ya etnik mənsubiyyət fərqi olmadan hər kəsə təsir göstərə bilər.
Xəstəliyin əsas simptomu əzələ və birləşdirici toxumaların sümük toxuması ilə əvəzlənməsidir. Bu, insanın hərəkət etməsinə mane olan ikinci bir skeletin yaranmasına gətirib çıxarır.
Xəstəliyin ən erkən əlamətlərindən biri anadangəlmə qısa və içəriyə doğru əyilmiş böyük ayaq barmaqlarıdır. Simptomlar adətən uşaqlıq dövründə ortaya çıxır və boyun, arxa, sinə, qol və ayaqlarda hiss olunur.
Daha ətraflı Baku TV-nin süjetində:
"Həkim məsləhəti" teqi üzrə xəbərlər
- Uşaqlarda baş ağrılarının təhlükəli nəticələri açıqlanıb
- Dişlər üçün zərərli qidaları orqanizmə faydalı etməyin yolları - Mütəxəssis tövsiyəsi
- Ən faydalı meyvə və giləmeyvələr açıqlandı
- Piyi "yandıran" bitki - Gündə 300 qram kifayətdir
- Qəhvənin günün hansı vaxtında xərçəngin qarşısını aldığı öyrənilib
Rəylər