Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisinə məişət tullantılarının atılaraq qalaqlanması barədə sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ərazi Xidmətin əməkdaşlarının nəzarəti altında Daşkəsən rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib.
Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə aidiyyəti qurumlara məcburi göstəriş verilib.

14:20
Daşkəsən rayonunda məişət tullantıları daşınmır.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində məişət tullantıları üçün qablar qoyulsa da, təmizlənmir.
Bildirilib ki, Xoşbulaq kənd bələdiyyəsi tərəfindən qalaqlanan zibillər daşınmadığı üçün ətrafda yaşayan insanlar kəskin qoxudan şikayətçidirlər.


İlhamə Əbülfət