"Kəndin yaşayış şəraiti dəyişib, villalar, hər qapıda 3-4 maşın var".
Oxu.Az xəbər verir ki, bu sözləri Modern.az-a müsahibəsində deputat Tahir Rzayev deyib.
O bildirib ki, kəndlərdə qaz, elektrik təminatı yaxşılaşıb:
"İnsanların daha yaxşı yaşamaq istəməsi təbiidir. Ancaq işgüzarlığa münasibətdə də dəyişiklik var.
Mənim qardaşım təsərrüfatla məşğuldur. Torpağı var, qoyun saxlayır. Səhər tezdən durur, heyvanın yanında olur, işini izləyir. Təsərrüfat belə zəhmət istəyir. Azərbaycanda insanların heç 30 faizi zəhmət çəkmir. İndi kənddə elə gənclər var ki, heyvana yaxın durmaq istəmirlər. Kimsə deyə bilər ki, zaman dəyişib, gənclər əvvəlki işi görməməlidirlər. Yaxşı, bəs ət, süd haradan gələcək? İstehsalın arxasında insan əməyi dayanır.
Mən hamını eyni cür qiymətləndirmirəm. Çox zəhmətkeş fermerlərimiz, gənclərimiz var. Sadəcə, məhsul istəyiriksə, o məhsulu ərsəyə gətirən işə də hörmət etməliyik".