Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb.
Parlamentdən Oxu.Az-a verilən məlumata görə, deputatlar aprelin 17-də bir araya gələcəklər.
İclasın gündəliyinə 24 məsələ daxildir.
İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - Ədliyyə Nazirliyinin illik məruzəsi (2019-cu il üzrə) dinləniləcək.
Aqşin Kərimov
Rəylər