Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyi "TVM İnşaat" şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Oxu.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, müqavilədə DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının yeni korpuslarının tikintisi işlərinin satın alınması nəzərdə tutulur. Müqaviləsinin maliyyə dəyəri 5 014 736,87 manat təşkil edir. Satınalma proseduru birmənbə üsulu ilə həyata keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "TVM İnşaat" MMC 25 iyul 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8-də yerləşir. Şirkətin Bayramlı Feyzulla Əbülfət oğludur. Feyzulla Bayramlı bu aydan etibarən şirkətə rəhbərlik etməyə başlayıb. Ondan əvvəl isə "TVM İnşaat" MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğlu olub.
Açıq mənbələrdə "TVM İnşaat" MMC haqqında geniş məlumatlar yoxdur. Şirkətin nə əlaqə telefonlarına, nə də internet səhifəsinə rast gəlinmir.
