Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"İyunun 19-u saat 14:40-da 1982-ci il təvəllüdlü Vüsal Murtuzəliyev Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin başağrıları, başgicəllənməsi səbəbilə müraciət edib.
Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - məlumatda qeyd olunub.
Aygün Mirakif
Aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem olmadığı bildirilib.
Oxu.Az Olay.az-a istinadla xəbər verir ki, aktyorun səhhətində problem olduğu barədə yayılan məlumatlara Əməkdar artist Dilarə Əliyeva aydınlıq gətirib.
O bildirib ki, qardaşı Vüsal Murtuzəliyevin vəziyyəti hazırda yaxşıdır:
"Narahat olan hər kəsə təşəkkür edirəm. Narahatlığa əsas yoxdur. Yüksək təzyiq səbəbindən yüngül beyin qansızması baş vermişdi. Hazırda vəziyyəti stabildir, sağalmağa doğru gedir. Həkimlərimizə xüsusi təşəkkür edirəm".
Aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem yaranıb.
Oxu.Az Manset.az-a istinadən xəbər verir ki, bir neçə saat əvvəl aktyorun beyninə qan sızıb.
O, təcili olaraq xəstəxanalardan birinin Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Vüsal Murtuzəliyev Əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.