Dövlət Yol Polisi strukturunda yeni təyinat olub.
Oxu.Az-ın məlumatına görə, Ağdam rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.
Bu vəzifəni polis baş leytenantı Allahverdi Allahverdiyev icra edəcək.
O, buna qədər Zərdab rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsində baş inspektoru olub.
İlhamə Əbülfət
Rəylər