Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
DİN vətəndaşlara müraciət etdi: "Aldanmayın!"
"Kibercinayətkarlar "O" hərfini böyük hərf, kiçik hərf və ya "0" rəqəmi, "I"dan "i", yaxud əksinə geniş istifadə edirlər".
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev "Facebook" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu, ilk baxışdan da anlaşılmır, real URL-dən fərqləndirməyi çətinləşdirir:
"Bunlar fişinq mesajlarda, saxta cəlbedici endirim kampaniyalarının keçid linklərində müşahidə olunur. Fişinq e-poçtlarına və mesajlarına daxil edilən URL-lər sizdən həddindən artıq əlavə şəxsi məlumat daxil etməyi xahiş edir. Şəxsi məlumatlarınızı daxil etməyinizi tələb edən pəncərə görünür və arxa fon şəkli real saytla eyni görünür. Aldanmayın!".
"Kiber cinayətkar" teqi üzrə xəbərlər
- Bəs sizin nömrənizi "GetContact"da hansı adla yazıblar? - Şəxsi məlumatlarımız belə oğurlanırmış
- İsrail xüsusi xidmət orqanları İranın 200-dən çox kiberhücumunu qeydə alıb
- "Azercell" ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçdi
- Yarım milyard manatlıq işlə bağlı MƏHKƏMƏ: "Dubaydan böyük məbləğdə pullar gətirmişdim"
- Azərbaycanda vətəndaşların fərdi məlumatlarını "Telegram"da satanların məhkəməsi başladı