"Məktəb direktoru vəzifəsindən azad edilən şəxs, əgər pedaqoji fəaliyyətlə məşğul olubsa, müəllim kimi çalışa bilər".
Oxu.Az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məktəb direktoru əmək funksiyasını kobud şəkildə pozursa, tutduğu vəzifədən azad edilir:
"Əgər onun təhsili və əvvəlki pedaqoji fəaliyyəti nəzərdə tutulubsa, əmək qanunvericiliyinə əsasən tənzimlənibsə, biz ona etiraz etmirik, pedaqoji fəaliyyətini davam etdirə bilər. Amma məktəb direktoru olaraq fəaliyyət göstərə bilməz".
Aygün Mirakif