Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kriştianu Ronaldu doğma klubuna qayıdır
Səudiyyə Ərəbistanında işləri qaydasında getməyən Kriştianu Ronaldu "Ən-Nəsr"dən ayrılmaq üzrədir.
Oxu.Az "AS" nəşrinə istinadən xəbər verir ki, ərəb klubu Ronaldunun yaşını nəzərə alaraq onunla yeni müqavilə bağlamaqdan vaz keçib. Komandanın uğurlarından çox şəxsi rekordlarını düşündüyü üçün onunla əməkdaşlığın uzadılmaması lazım bilinib və danışıqlar dayandırılıb.
2023-cü ilin yanvarından "Ən-Nəsr" forması geyinən Kriştianu oynamağa davam etmək niyyətindədir. 40 yaşlı hücumçuya yetişdiyi, 2003-cü ildə "Mançester Yunayted"ə satılanadək çıxış etdiyi "Sportinq" müştəri düşüb.
Lissabonlular ona doğma komandaya azad agent kimi qayıtmağı təklif ediblər.
Bu, Ronaldunun karyerasını başladığı "Sportinq"də yekunlaşdırmaq üçün əla fürsətdir. O, yayda satılacağı şübhə doğurmayan Viktor Qyökereşi əvəz edə bilər. Danışıqlar başlayıb, hazırda müzakirələr gedir.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Kriştianu Ronaldunun dırnaqlarının qara rənglə boyanmasının səbəbi bəlli oldu
- Kriştianu Ronaldu Donald Trampa imzalı köynək hədiyyə edib
- Ronaldunun çıxış etdiyi "Ən-Nəsr" baş direktorunu qovdu
- Camal Musiala FIFA Klublararsı dünya çempionatında rekorda imza atıb
- "Aston Villa" Unay Emerinin "Ən-Nəsr"ə keçidinə razılıq verməyəcək