Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Son zəng"lə bağlı direktorlara XƏBƏRDARLIQ
"Son zəng tədbiri ilə bağlı müvafiq təlimat var. Məktəb direktorlarının, müəssisə rəhbərlərinin həmin təlimata əməl etmələri tövsiyə yox, artıq tapşırıqdır və hər kəsdən bu təlimata ciddi şəkildə əməl etməyə çağırırıq".
Oxu.Az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məktəbdaxili tədbirin keçirilməsi ilə bağlı nümunəvi ssenari və nümunəvi protokol göndərilib:
"Bu protokoldan kənara çıxmaq uyğun deyil. Protokolda həm sadə bədii hissə, eyni zamanda şagirdlərimizin kiçik həcmli çıxışları nəzərdə tutulur. Həmçinin şagirdlərin yaradıcı bir təqdimatları ola bilər.
Amma bunun çox bağlı hansısa ciddi maliyyə yükü yaradan və məktəb kollektivinin, valideyn icmasının üzərinə əlavə maliyyə yükü yaradan formatda keçirilməsini məqsədəuyğun hesab etmirik, bu yolverilməzdir".

Aygün Mirakif
"Eşqi Bağırov" teqi üzrə xəbərlər
- Bu gündən şagirdlərin elektron yerdəyişməsi BAŞLADI
- Təhsil müəssisələrinin zəruri odun və istiliklə təchiz olunacağı vaxt AÇIQLANDI
- Məktəblərin jurnallarla təmin olunması işləri yekunlaşacaq - RƏSMİ
- Eşqi Bağırov: "Təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri aparılır"
- Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin SAYI AÇIQLANIB