"Doğma yurduma qayıdıb peşəmi davam etdirmək istəyirəm".
Oxu.Az xəbər verir ki, bu fikirləri Şuşanın Böyük Qaladərəsi kəndinə köç edən Zaur Xabəliyev deyib.
O qeyd edib ki, sevincinin həddi-hüdudu yoxdur:
"Allah prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı arzu edirəm. Doğma vətənimə gedib orada işimi davam etdirmək istəyirəm. Bakıda qaynaqçı kimi işləmişəm, orada da bu sənəti davam etdirmək niyyətindəyəm. Bununla bağlı məşğulluğa müraciət etmişəm.
Şuşa ilə bağlı planlarımız çoxdur. İnşallah, ora gedib, planlarımızı həyata keçirmək istəyirəm. Bu xoş günləri bizə qismət etdiyi üçün Prezident, Ali Baş komandan İlham Əliyevə təşəkkür edir, qazilərimizə cansağlığı arzu edirəm".