"Hər şey yaxşıdır. Valideynlərim narahat olmasınlar".
Oxu.Az APA-ya istinadla xəbər verir ki, bunu iyunun 5-də Azov dənizində gəmiyə PUA hücumu zamanı yaralanan Azərbaycan vətəndaşı Samir İbadzadə deyib.
Hazırda Yeysk Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində olan S.İbadzadə vəziyyətinin normal olduğunu qeyd edib.
