Ukrayna Silahlı Qüvvələrinin (USQ) Pilotsuz Sistemlər Qüvvələrinin (PSQ) komandanı, "Madyar" ləqəbli Robert Brovdi Azov dənizi akvatoriyasında gəmilərə zərbələr endirildiyini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bildirmişdi ki, Azov dənizində göyərtəsində 25 ölkə vətəndaşının olduğu iki yük gəmisi pilotsuz aparatlar tərəfindən hücuma məruz qalıb, onlardan beşi həlak olub.
Özünün "Telegram" kanalında Brovdi bildirib ki, USQ-nin PSQ qüvvələri Azov dənizinin şimal sahilindəki limanlarda yük gəmilərinə zərbələr endirib.
Gəmilərin vurulma anının görüntülərini təqdim edirik:
İyunun 5-i gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumları həyata keçirilib.
Oxu.Az hücumdan sonra gəmilərdən birinin vəziyyətini əks etdirən görüntülər əldə edib. Kadrları təqdim edirik:
Bu gün gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumları həyata keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində ümumilikdə beş nəfər vətəndaşımızın həlak olduğu, üç nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.
Hazırda məsələ ilə bağlı XİN tərəfindən aidiyyəti dövlət qurumlarımız, ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır.
"Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq", - XİN-dən bildirilib.