"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən imtahan mərhələsindən 70 faiz nəticə göstərənlər müsahibə mərhələsinə buraxılacaqlar".
Oxu.Az xəbər verir ki, bu sözləri Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat katibi Fidan Seyidşahqızı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, imtahan 100 dəqiqə davam edib:
"Sualların ən azı 70 faizini düzgün cavablandıran namizədlər müvəffəqiyyətli hesab olunaraq ikinci mərhələyə - müsahibəyə buraxılırlar.
Müsahibə mərhələsi əvvəlcədən elan olunmuş proqram əsasında keçirilir və bu zaman namizədlərin bilik səviyyələri, peşəkar bacarıqları, eləcə də vəzifəyə uyğunluqları qiymətləndirilir".
O əlavə edib ki, bəzi namizədlər imtahan mərhələsindən azad olunurlar:
"Bunlara elmlər doktoru elmi dərəcəsinə malik şəxslər, azı 5 il dövlət qulluğu stajı olan dövlət qulluqçuları, peşəkar mühasib və tibbi sertifikata sahib şəxslər, yuxarı müsabiqənin finalçıları, həmçinin "Gənc Dost" könüllü proqramını A sertifikatı ilə başa vuran könüllülər daxildirlər.
Lakin bunun üçün həmin şəxslər sənəd qəbulu zamanı imtiyazlarını təsdiq edən sənədləri sistemə yükləməlidirlər".
Daha çox foto burada: PhotoStock.az