Bu gün dünya xristianları Milad bayramını qeyd edirlər.
Oxu.Az xəbər verir ki, Həzrəti İsanın doğum günü olan Milad bayramı dünya ölkələrinin əksəriyyətində təmtəraqla qeyd edilir.
Bu ölkələrin arasında xristian icmasının yaşadığı Azərbaycan da var.
Milad qərb xristianlığında, o cümlədən katolisizmdə və bir neçə pravoslav kilsəsində 25 dekabr, pravoslavlıqda isə 7 yanvar tarixinə düşür.