Sonuncu əfv sərəncamından bir ay keçdiyindən Əfv Komissiyası toplanmayıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasından bildiriblər.
Komissiyadan onu da qeyd ediblər ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə əfv sərəncamı gözlənilmir.
“Sonuncu əfv sərəncamının üzərindən çox az müddət keçib. Ona görə də 31 dekabrda əfv olmayacaq. Son bir ay olar ki, Əfv Komissiyasının iclası da keçirilməyib. Odur ki, əfv sərəncamı imzalanmayacaq”.
Qeyd edək ki, sonuncu əfv sərəncamı bu il oktyabrın 14-də imzalanıb. Bu əfv sərəncamı ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev də əfv olunublar.