Həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov bir neçə gündən sonra hərbi xidmətdən qayıdacaq.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov məlumat verib.
O, oğullarının yolunu gözlədiyini bildirib.
“Toğrul yanvarda gələcək. Yolunu gözləyirik. Yevlaxda xidmət edir, yaxşıdır, zəng etməyə icazə yoxdur, ayda bir-iki dəfə gedib baş çəkirik”.
F.Əhmədov, həmçinin Gülər Əhmədovanın vəziyyətinin yaxşı olmadığını deyib. Həyat yoldaşı eks-deputata infarkta qarşı iynələrin vurulduğunu bildirib.