"Təhlillərə görə, 2050-ci ilə kimi dünya əhalisinin üçdəikisi şəhərlərdə yaşayacaq".
Oxu.Az xəbər verir ki, bunu WUF13 (Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası) Azərbaycan Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov bu gün Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda 3-cü Forumun panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, bu il ölkəmizdə təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında şirkətlər, fərdi şəxslər dayanıqlı şəhərsalmanın prinsipləri haqqında öz həllərini təqdim edəcəklər:
"Bu, Azərbaycan üçün bir şansdır ki, həm region dövlətləri ilə təcrübəsini bölüşsün, həm də dünya ölkələrinin şəhərsalma strategiyasını öyrənib özümüz də istifadə edək".