Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Oxu.Az-ın xəbərinə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANSPRESS-ə bildirilib ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və ötən gecə Ağdam, Füzuli, Cəbrayıl rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.