Cəbhədə gedən qızğın döyüşlərdə gizir Yaşar Hüseynov erməni silahlı qüvvələrinin təxribatına layiqli cavab verərkən, qolundan yaralanıb.
Oxu.Az Xezerxeber.com-a istinadən xəbər verir ki, buna baxmayaraq, o, döyüşü saxlamayıb və ermənilərin 6-7 hərbçisini məhv edib.
Cəsur hərbçimiz ordumuzun güclü olduğunu bir daha vurğulayıb.
Gizir Yaşar Hüseynov tezliklə sağalıb xidmətini davam etdirmək üçün tələsir.