Azərbaycan dünya ictimaiyyətini Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə çağırıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı açıqlamada bildirilir.
“Ermənistanın təxribat xarakterli hücumları bir daha göstərir ki, Ermənistan tərəfindən Azərbaycan respublikasının torpaqlarının işğal edilməsi dünya və Cənubi Qafqazda sabitliyin təminatı üçün əsas təhlükədir.
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində qeyri-konstruktiv mövqe sərgiləyir, 1 milyondan çox qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması ilə bağlı irəli sürülən təklifləri rədd edir”, deyə açıqlamada bildirilir.