Bu il Ermənistanda keçiriləcək “Qızıl ərik” beynəlxalq kino festivalında azərbaycanlı rejissor Elmar İmanovun müəllifi olduğu qısametrajlı film də nümayiş olunacaq.
Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, festivalın proqram direktoru Mixael Stambolçyan alman istehsalı olan azərbaycanlı rejissorun filminin müsabiqədə iştirakına münasibət bildirib.
O, təqdim edilən filmin hansı ölkədən olmasına önəm vermədiklərini qeyd edib:
“Bizim devizimiz var –“Mədəniyyətlərin kəsişməsi”, proqramımız var – “Sərhədsiz rejissorlar”, bizim hətta erməni-türk platformamız var. Buna görə də bu, bizim üçün heç bir əhəmiyyət daşımır. Biz o qədər axmaq deyilik ki, filmin hansı ölkədən olduğuna baxaq. Biz baxırıq ki, film yaxşıdır, ya yox?”