Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əsrarəngiz Laçından FOTOREPORTAJ
Böyük strateji əhəmiyyətə malik olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin siyasi gücü və Ordumuzun qətiyyəti sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində bir şəhər, bir qəsəbə və 125 kənddən ibarət Laçın bir güllə atılmadan dekabrın 1-də düşmən tapdağından azad edildi.
İşğaldan azad olunduqdan sonra sürətli bərpa-quruculuq işləri aparılan rayona artıq onlarla keçmiş məcburi köçkün ailəsi qayıdıb.
Oxu.Az xatırladır ki, Laçın şəhərinə ilk köç 2023-cü il mayın 28-də gerçəkləşib. Həmin mərhələdə 97 nəfərdən ibarət 20 ailə doğma yurduna qayıdıb. Sonradan isə rayonun yenidən qurulan Sus və Zabux kəndlərində də sakinlərin qayıtması təmin olunub.
Yenidən qurulan Laçın yenidən əvvəlki möhtəşəm görüntüsünə qovuşur. Buraya ilk dəfə gələn insan özünü Alp dağlarının qoynunda, kurortda imiş kimi hiss edir.
Kiçik Qafqaz dağ silsiləsinin cənubunda, dəniz səviyyəsindən 889 m hündürlükdə bərqərar olan Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq.
PhotoStock.az gündən-günə gözəlləşən Laçın şəhərindən maraqlı fotoreportaj hazırlayıb:
Daha çox foto burada: PhotoStock.Az