Ekologiya İşçilərinin Həmkarlar Komitəsi ekokönüllülərlə birgə ekologiya sahəsində çalışmış və hazırda təqaüddə olanlara ərzaq və gündəlik tələbat məhsulları ilə yardım ediblər.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsindən açıqlama verilib.
Bildirilib ki, mövcud şəraitdə diqqətə, qayğıya ehtiyacı olanlara hər birimiz dəstək olmalı, sosial həmrəylik və qayğıkeşlik ənənələrini davam etdirməliyik:
“Hamını bu cür xeyirxah təşəbbüslərə qoşulmağa çağırırıq. İnanırıq ki, yardım etmək imkanı olan hər bir vətəndaşımız bu addımı atacaq.
Sosial dəstək aksiyalarının ictimailəşdirilməsində əsas məqsəd ehtiyacı olanlara yardımın əhatə dairəsini genişləndirməkdir”.