Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
FHN əhaliyə müraciət etdi - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır.
Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:
- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
- ağac tezalışan oyuncaqla bəzədilməməli;
- qapalı məkanda atəşfəşanlıq edilməməlidir;
Bayram şənliyində bunlar nəzərə alınmalıdır:
- şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
- pəncərədə dəmir barmaqlıq olmamalı;
- məkanın iki çıxışı olmalı;
- ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
- otağın qapıları mütləq bayıra açılmalı;
- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
- şənlikdə işıq tam söndürülməməli;
- şənliyə tezalışan materialdan paltar geyinilməməli;
- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
“Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, - deyə müraciətdə vurğulanıb.
Rəylər