Bu gün səhər İmişli şəhərində 6 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı iki nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
A.M.