Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
FHN: "İntensiv yağışların fəsadlarının aradan qaldırılması işləri davam etdirilir" - FOTO - VİDEO
Qeyd edilib ki, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər rayonlarında, Sumqayıt şəhəri, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi tədbirləri həyata keçirilir.