Küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
"Gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır", - deyə qurumdan bildirilib.
Qaynar xətt:
(055) 224 12 12