Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Fransa portalı: "Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər"
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin pilotları hava gəmisini təhlükəsiz endirmək üçün mümkün olan sona qədər mübarizə aparıblar.
Oxu.Az xəbər verir ki, bu fikir Fransanın "La Voix du Nord" portalındakı xəbərdə yer alır. Xəbərin müəllifləri azərbaycanlı pilotların yüksək peşəkarlıq nümayiş etdirdiklərini bildirirlər.
Məqalədə qeyd olunur ki, AZAL-ın 8432 saylı reysinin uçuş heyəti həqiqi möcüzə göstərərək hava gəmisindəki sərnişinlərin yarısının həyatını xilas edə biliblər. Hidravlik və naviqasiya sistemlərinin sıradan çıxmasına rəğmən, onlar 2 saat ərzində Xəzər dənizindən keçərək təyyarəni Aktauya çatdıra biliblər. Qəzada həyatlarını itirən gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın fədakarlıqları sayəsində faciənin miqyasını kiçiltmək mümkün olub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını obyektiv araşdırmağa çağırır
- Qazaxıstanda zirehli texnikaya Hökumə Əliyevanın adı verildi