Sumqayıt şəhərində yerləşən idman komplekslərinin birinin üzgüçülük hovuzunda ölüm hadisəsi qeydə alınıb.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, 25-26 yaşlarında Ülkər adlı bir qız hovuzda üzərkən boğulub.
İlkin ehtimala görə, faciəyə səbəb qızın ayağında qıcolma və ürək tutması olub.
Polis hadisə ilə bağlı araşdırma aparır.