Gəncədə yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus taxta konstruksiyalardan ibarət birmərtəbəli ümumi sahəsi 190 m2 olan 7 otaqlı evin 2 otağı və ev əşyaları 40 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.