Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gəncədə iki nəfər qidadan zəhərlənib?
Gəncədə baş verən zəhərlənmə hadisəsi barədə mediada yayımlanan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birgə araşdırmalar aparır.
Bu barədə Oxu.Az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, ilkin müayinə nəticəsində həmin şəxslərə dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu qoyulub.
"Agentliyin mütəxəssisləri tərəfindən müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd edilib.
Aləmdə Nəsib
Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1981-ci il təvəllüdlü Zaur Cəfərov və 1990-cı il təvəllüdlü Qədir Kazımov qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onlara dərhal tibbi yardım göstərilib. Hazırda hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, zəhərlənməyə qəbul etdikləri qida səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
"Qida zəhərlənməsi" teqi üzrə xəbərlər
- Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
- Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi
- Dağıstanın Azərbaycanla sərhəd rayonunda içməli sudan zəhərlənənlərin sayı artdı
- Çində qalmaqal: Bağçada tərbiyəçilər uşaqlara aylarla zəhərli piroqlar veriblər - TƏFƏRRÜAT
- Yay aylarında infeksiyalara yoluxma hallarının artmasının səbəbləri nələrdir?