Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, 1989-cu il təvəllüdlü A.Məmmədov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
İlkin məlumata görə, A.Məmmədova kürək nahiyəsindən 2 bıçaq zərbəsi vurulub.
Faktla bağlı araşdırma aparılır.
Hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.