Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gənclər festivalı "Yay Fest"in 3-cü həftəsi necə yadda qaldı?
Ölkənin ən böyük gənclər festivalı "Yay Fest" uğurla davam edir. Dinamik, öyrədici və əyləncəli formatda yenidən başlayan festivalın 3-cü düşərgəsi artıq yekunlaşır. Bu il ümumilikdə 2000-dən çox gəncin iştirak edəcəyi "Yay Fest" Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Çadır tipli düşərgə formatında baş tutan "Yay Fest"in başlıca məqsədi, dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərə müxtəlif sahələrdə geniş imkanlar yaratmaq və onların inkişafına kömək etməkdir. Bununla yanaşı, gənclərin asudə vaxtlarını səmərəli və maraqlı keçirmələrini təmin etmək, müxtəlif bölgələrdən gələn gənclərin şəbəkələşməsinə dəstək olmaqdır.
Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının və COP29 kimi mötəbər tədbirə ölkəmizin ev sahibliyi etməsinin vacibliyini nəzərə alaraq, builki düşərgədə seçilən mövzular ekologiya, ətraf mühitin mühafizəsi və COP29-a həsr olunub.
Məlumat üçün bildirək ki, iyulun 15-dən etibarən başlayan "Yay Fest"in 3 düşərgəsi gənclər üçün unudulmaz, əyləncəli, yaddaqalan və öyrədici olub. Proqramda gənclərin vətənpərvər ruhda tərbiyə olunması və onların inkişafına dəstək verən fəaliyyətlər xüsusi önəm daşıyıb. Düşərgə çərçivəsində IDEA İctimai Birliyi tərəfindən keçirilən təlimlər və interaktiv fəaliyyətlər gənclərin ekoloji maariflənməsini artırmaqla yanaşı, onların ətraf-mühitə məsuliyyətli yanaşmasını təşviq edib. Eyni zamanda, COP29 Azərbaycan Əməliyyat Şirkətinin ekspertləri tərəfindən dayanıqlılıq, ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması kimi müxtəlif mövzularda intensiv təlimlər təşkil olunub. Təbiət qoynunda təşkil olunan ekoloji oyunlar, komanda işləri, dağlarda gəzinti (haykinq) və əyləncəli fəaliyyətlər gənclərə həm maraqlı, həm də öyrədici təcrübə yaşadıb. Gənclər üçün hər axşam konsert və əyləncə proqramları təşkil olunub. Həmçinin düşərgə iştirakçıları müxtəlif bölgələrdən olan yaşıdları ilə tanış olub, yeni dostluqlar quraraq şəbəkələşmənin və sosiallaşmanın vacibliyini bir daha anlayıblar. Gənclər üçün hazırlanmış maraqlı və dinamik proqram, onların həm asudə vaxtını səmərəli keçirmələrinə, həm də şəxsi və peşəkar inkişaflarına töhfə verib.
Qeyd edək ki, "Yay Fest" gənclər üçün enerjili və dinamik bir mühit yaratmaq üçün geniş əyləncə və öyrənmə imkanları ilə zəngindir. 2019-cu ildən bəri təşkil olunan festival iki ay ərzində davam edəcək və müxtəlif mövzuları əhatə edən silsilə düşərgələrdən ibarət olacaq. Ötən illərdə olduğu kimi, bu il də tematik mövzulara uyğun 8 ardıcıl düşərgənin keçirilməsi planlaşdırılır. Bu festivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub və düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılar tərəfindən yaradılıb.
"Yay Fest"in bütün yeniliklərindən xəbərdar olmaq və maraqlı, dinamik proqramlarla zəngin olan bu möhtəşəm tədbirdə iştirak şansı əldə etmək üçün "Yay Fest"in "Instagram" səhifəsini izləyin. Festivalın unudulmaz anlarını yaşamaq və növbəti düşərgələrin bir parçası olmaq üçün "Yay Fest"ə qoşulun və əyləncəli yay təcrübəsindən yararlanın!
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
Rəylər