Dövlət Gömrük Komitəsinin Akademiyasının baş mütəxəssisi, gömrük xidməti polkovniki Şəmsəddin Abışov vəfat edib.
Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin Akademiyasının sosial şəbəkə hesabında paylaşılıb.
Məlumata görə, 60 yaşlı polkovnik ürək tutmasından dünyasını dəyişib.
Ş.Abışov əvvəllər Azərbaycan ordusunda batalyon komandiri və ordu korpuslarından birində qərargah rəisi kimi xidmət edib.